Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Badamdarda su anbarına düşən vətəndaş belə xilas edildi - VİDEO
turizm

Badamdarda su anbarına düşən vətəndaş belə xilas edildi - VİDEO

26-10-2025 11:00 18 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Badamdar şosesi, 216 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Tvit.az"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş - 1960-cı il təvəllüdlü Məmmədov Məhəmməd Mərdan oğlu dərinliyi 3.5 metr olan və ehtiyat su anbarı kimi nəzərdə tutulan tikiliyə yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.