ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar dünya neft bazarlarında qiymətlərin artmasına və yaxın gələcəkdə də artmağa davam etməsinə gətirib çıxarıb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitryev jurnalistlərə bildirib.
"Sanksiyalar və qeyri-dostcasına tədbirlər Rusiya iqtisadiyyatına qətiyyən təsir etməyəcək. Bu, sadəcə ABŞ-da yanacaqdoldurma məntəqələrində qiymətlərin artmasına gətirib çıxaracaq, çünki buna görə də neft bazarlarında qiymətlər artıq artıb və artmağa davam edəcək", - deyə vurğulanıb.
Aysel Şirinova