Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial “ƏDV geri al” gözəllik salonları və kosmetoloji mərkəzlərə şamil olunacaq
sosial

“ƏDV geri al” gözəllik salonları və kosmetoloji mərkəzlərə şamil olunacaq

23-10-2025 15:00 17 Просмотров
IMG

“ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq.

"Tvit.az"ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.