Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
sosial

ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

22-10-2025 18:00 22 Просмотров
IMG

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 25-də Bakı-Ağstafa, noyabrın 26-da isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

 

Bu barədə Tvit.az ADY-yə istinadən xəbər verir. 

Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

 

Biletləri Bakı və Gəncə dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.