Donald Tramp və Vladimir Putin Macarıstanın paytaxtı Budapeştdə görüşəcəklər.
Bunu ABŞ lideri öz Truth Social səhifəsində bildirib.
“Prezident Putinlə mən daha sonra razılaşdırılmış bir məkanda - Budapeştdə görüşəcəyik ki, Rusiya ilə Ukrayna arasında bu ‘utancverici’ müharibəyə son qoymağa çalışaq,” -Tramp bildirib.
Ağ Evin rəhbəri əlavə edib ki, o və Putin telefon danışığının sonunda iki ölkənin yüksək səviyyəli müşavirlərinin görüşü barədə razılığa gəliblər. Bu görüş Budapeştdə liderlərin görüşünü qabaqlayacaq. Vaşinqtonu ABŞ dövlət katibi Marko Rubio və adları açıqlanmayan bir sıra digər yüksək vəzifəli rəsmilər təmsil edəcək.