ABŞ -də 82 yaşlı qadın ərini qocalar evinə gətirdikdən sonra tapança ilə güllələyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, o, 81 yaşlı ərinin qətliamını əvvəlcədən planlaşdırıb. Şübhəlinin çantasına baxış zamanı onun səhhətindəki problemlərdən və xəstə ərinə qayğı göstərməyin hədsiz yükündən şikayət etdiyi qeyd aşkarlanıb. Oxşar qeydlər onun evində də tapılıb.
Qeyd edək ki, Dennis Reker, daimi qayğıya ehtiyacı olan sağlamlıq problemləri səbəbindən hadisədən bir gün əvvəl qocalar evinə yerləşdirilib.
Aysel Şirinova