Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Braziliya və ABŞ münasibətləri normallaşıb - Nazir
dünya

Braziliya və ABŞ münasibətləri normallaşıb - Nazir

16-10-2025 20:00 24 Просмотров
IMG

Braziliya və ABŞ hakimiyyətləri münasibətlərin bərpası üçün şərait yaradıblar.

Tvit.az xəbər verir ki, bu fikri ölkənin maliyyə naziri Fernandu Haddad ifadə edib.

Onun sözlərinə görə, Cənubi Amerika ölkəsinin rəhbərliyi Ağ Evin diqqətini yalnız ikitərəfli iqtisadi məsələlərə yönəltməyə nail olub. 

“Münasibətlərin xarakteri dəyişib. Hələ bilmirəm bizi gələcəkdə nə gözləyir, amma düşünürəm ki, biz siyasi aspekti iqtisadi aspektdən ayırmaqla isti münasibətlərin qurulması yolunu açdıq”, – deyə o, bildirib.

Aysel Şirinova