Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Əlimizdə olan bütün sağ girovları və ölü girovların cəsədlərini qaytardıq" - Həmas
dünya

"Əlimizdə olan bütün sağ girovları və ölü girovların cəsədlərini qaytardıq" - Həmas

15-10-2025 23:00 28 Просмотров
IMG

Həmas İsrailə bütün sağ girovları, həmçinin əldə edə bildikləri ölü girovların cəsədlərini qaytarıblar.
Tvit.az bu barədə İsrail mediasına istinadən xəbər verir. 
Məlumata görə,  təşkilatın açıqlamasında qeyd olunur ki, “qalan girov cəsədlərini tapmaq üçün böyük səy və xüsusi avadanlıq tələb olunur” və bu istiqamətdə “məsələnin həlli üçün ciddi cəhdlər göstərilir”.
Qurum bu gün iki girovun cəsədinin daha İsrail tərəfinə təhvil veriləcəyini də açıqlayıb. Bu təhvildən sonra Qəzzada 19 girovun cəsədi qalacaq.
Vasitəçilər bildiriblər ki, Qəzza zolağında dağıntıların miqyası səbəbindən bütün girov cəsədlərinin tapılması bir neçə həftə çəkə bilər.
Məlumata görə, itkin düşən cəsədlərin axtarışı üçün beynəlxalq birgə işçi qrup yaradılacaq, Misir komandası isə artıq Qəzzada bu istiqamətdə fəaliyyət göstərir.