Banqladeşdə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Tvit.az xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti məlumat yayıb.
Məlumata görə, yanğına yüksək toksikliyə malik qazın güclü partlayışı səbəb olub və əsasən bu qazdan zəhərlənmə insanların ölümünə yol açıb.
Kimyəvi maddələrin saxlandığı anbardakı yanğın hələ də davam edir. Zəhərli buxarlarla zəhərlənmə təhlükəsinə görə yanğınsöndürənlər ocağa yaxınlaşa bilmirlər.
Aysel Şirinova