Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp: İran yorulub, sülh istəyir
dünya

Tramp: İran yorulub, sülh istəyir

14-10-2025 15:00 31 Просмотров
IMG

ABŞ prezidenti Donald Tramp İsrail parlamenti – Knessetdə çıxışı zamanı İranla mümkün sülh razılaşması barədə danışıb. 


Tvit.Az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.


O, İranla razılaşmanın “əla” olacağını bildirib və Tehranın artıq münaqişələrdən yorulduğunu düşündüyünü deyib.


“Biz onlarla (İran) sülh sazişi bağlaya bilsək, çox gözəl olardı. Amma əvvəlcə Rusiya ilə məsələni həll etməliyik”,– deyə o, əlavə edib.


Elmin Alışov