Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ qoşunları Venesuelada gəmiyə zərbə endirib
dünya

ABŞ qoşunları Venesuelada gəmiyə zərbə endirib

03-10-2025 20:00 146 Просмотров
IMG
ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ qoşunları Venesuela yaxınlığındakı beynəlxalq sularda narkotik gəmisinə daha bir zərbə endirib.
Tvit.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pete Hegseth bildirib.

"Zərbə Venesuela sahillərindəki beynəlxalq sularda, gəminin xalqımızı zəhərləmək üçün Amerikaya gedən xeyli miqdarda narkotik maddə daşıdığı zaman həyata keçirilib," - deyə o, "X" sosial şəbəkəsində yazıb.

Hegsethin sözlərinə görə, hücum zamanı dörd "narko-terrorçu" öldürülüb. ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.

"Bu zərbələr Amerika xalqına hücumlar dayanana qədər davam edəcək," - Pentaqon rəhbəri əlavə edib.

Aysel Şirinova