ABŞ prezidenti Donald Tramp Venesueladan çıxan narkotik yüklü qayıqda olan 3 nəfərin beynəlxalq sularda öldürüldüyünü açıqlayıb.
Tvit.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında deyib.
"Bu səhər mənim əmrimlə ABŞ hərbi qüvvələri SOUTHCOM-un məsuliyyət zonasında qeyri-adi şiddətli narkotik ticarəti kartelləri və narkoterrorçular kimi müəyyən edilənlərə qarşı ikinci kinetik zərbə endirdi”,- deyə Tramp bildirib.
Elmin Alışov