Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Şimali Makedoniya Azərbaycan tədarükləri hesabına elektrik stansiyalarını qaza çevirməyi planlaşdırır
sosial

Şimali Makedoniya Azərbaycan tədarükləri hesabına elektrik stansiyalarını qaza çevirməyi planlaşdırır

08-09-2025 21:00 39 Просмотров
IMG

Şimali Makedoniya uzunmüddətli müqavilələr əsasında Azərbaycandan qaz almaq niyyətindədir.

 

Bunu Report-a müsahibəsində Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və minerallar naziri Sanya Bojinovska deyib.

 

Nazirin sözlərinə görə, hazırda Şimali Makedoniyanın Azərbaycandan qaz tədarükü ilə bağlı birbaşa müqaviləsi yoxdur.

 

"İdxal əsasən Yunanıstan və Bolqarıstan vasitəsilə həyata keçirilir. Kiçik həcmdə Azərbaycan qazı qısamüddətli müqavilələr əsasında bolqar treyderlər vasitəsilə tədarük edilir, qaz kəmərinin tutumunun böyük hissəsi "Qazprom"a məxsusdur və "Türk axını" vasitəsilə nəql olunur", - S.Bojinovska bildirib.

 

Qurum rəhbəri vurğulayıb ki, yeni interkonnektorların inkişafı ilə ölkə yaxın gələcəkdə Azərbaycan qazına birbaşa çıxış əldə edəcəyinə ümid edir.


"Kömürlə işləyən elektrik stansiyalarının qazla işləyən istilik elektrik stansiyalarına çevriləcəyi "Ədalətli keçid" prosesimiz çərçivəsində tələbat artacaq. Bundan əlavə, qonşu ölkələrə qaz tranziti strateji planlarımıza daxildir. Makedoniya yaxın gələcəkdə uzunmüddətli əsaslarla Azərbaycandan birbaşa qaz almaq niyyətindədir", - o söyləyib.

 

S.Bojinovska hesab edir ki, Azərbaycanın mühüm rol oynadığı "Cənub Qaz Dəhlizi" layihəsi Cənub-Şərqi və Mərkəzi Avropada qaz təhlükəsizliyinin və təchizatının etibarlılığının gücləndirilməsi üçün həlledici əhəmiyyətə malikdir: "Bu, xüsusilə Rusiyanın 2025-ci il yanvarın 1-dən Ukraynadan keçməklə qaz nəqlini dayandırmasından sonra aktuallaşıb. Azərbaycan artıq özünü etibarlı tərəfdaş kimi sübut edib və regionumuzda sabitliyin təmin edilməsində və tədarükün diversifikasiyasında onun rolu daha da artacaq".

 

Nazir Şimali Makedoniyanın Azərbaycan qazını sənaye, kommersiya və məişət məqsədləri üçün almaqda maraqlı olduğunu bildirib: "Ölkədə illik qaz istehlakı təqribən 300-400 milyon m³ təşkil edir. Sənaye sektoru istehlakda dominant mövqeyə malikdir, əsasən, elektrik və istilik enerjisi istehsalı üzrə. Qazpaylayıcı şəbəkənin genişlənməsi ilə nəqliyyat və məişət sektorunda istehlakda əhəmiyyətli artım gözlənilir.