Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Leysan olacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
sosial

Leysan olacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

03-09-2025 16:00 46 Просмотров
IMG

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında sentyabrın 4-6-da əsasən gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə "Tvit.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.