Apple" şirkəti ilk qatlana bilən iPhone modeli 2026-cı ildə satışa çıxaracaq.
Tvit.az xəbər verir ki, bu barədə tanınmış insayder Min-Çi Ko öz bloqunda bildirib.
Mütəxəssisin hesabatında qeyd olunur ki, aparılan təhlilə əsasən, Apple ilk il ərzində 8–10 milyon cihaz satmağı planlaşdırır. 2027-ci ildə isə bu göstəricinin 20–25 milyon ədədə çatacağı gözlənilir.
Halbuki əvvəlcə şirkət yalnız müvafiq olaraq 8 və 15 milyon qatlana bilən iPhone satmağı planlaşdırmışdı.
Bundan əlavə, 2028-ci ildə Apple ilk qatlana bilən iPad təqdim etməlidir. Lakin komponentlərin baha olması səbəbindən onun qiyməti yüksək olacaq və şirkət ilk il üçün 1 milyon ədəd satış proqnozlaşdırır.