Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün ABŞ-yə yola düşüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov, Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Prezident Ofisi rəhbərinin birinci müavini Sergey Kislitsa danışıqlar aparmaq üçün ABŞ-dəki səfərdə olacaqlar.
Ukrayna nümayəndə heyətinin ABŞ tərəfi ilə görüşləri oktyabrın 9-da başlayacaq.
Görüşlər zamanı diplomatik səylərin fəallaşdırılması və üçtərəfli görüşə hazırlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Aysel Şirinova