Britaniyanın səkkiz milyard dollar xərcləndiyi yeni Ajax zirehli nəqliyyat vasitələri sınaqdan sonra sıradan çıxıb.
Tvit.az xəbər verir ki bu barədə The Telegraph məlumat yayıb.
Belə ki, zirehli vasitələr 2025-ci ilin noyabrında istifadəyə verildi, lakin sonra onların sınaqları dayandırıldı, çünki güclü səs və vibrasiyalar səbəbindən hərbi qüvvələr üçün problemlər yaratdı.
"Bir neçə kəşfiyyat daşıyıcısı bir neçə ay hərbi anbarda toz yığdıqdan sonra işləməyi dayandırdı,"- məqalədə deyilir. Qeyd olunur ki, yeni testlərin vaxtı hələ müəyyən edilməyib.
Aysel Şirinova