Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyə əhalisinin sayı açıqlanıb
dünya

Türkiyə əhalisinin sayı açıqlanıb

09-02-2026 11:00 20 Baxış
IMG

Türkiyə əhalisinin sayı 86 milyon 92 min 168-ə çatıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, əhalinin sayı 2025-ci ilə nisbətən 427 min 224 nəfər artıb. Kişilərin sayı 43 milyon 59 min 434, qadınların sayı isə 43 milyon 32 min 734 nəfər təşkil edib.

 

 Başqa sözlə, ümumi əhalinin 50,02 faizini kişilər, 49,98 faizini isə qadınlar təşkil edib. Bundan başqa,  ölkədə yaşayan xarici vətəndaşların sayı əvvəlki illə müqayisədə 38 min 968 nəfər artaraq 1 milyon 519 min 515 nəfər olub. Onların 49,3 faizini kişilər, 50,7 faizini isə qadınlar təşkil edir.

 

Aysel Şirinova