16 C
Baku
Çərşənbə axşamı, Aprel 30, 2024

Bizə yaz

Bu gəlirlər vergidən azad edildi

Bu güdən etibarən “ƏDV geri al” mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək. 

Tvit.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşdi və hüquqi bazası formalaşdırıldı:

“Bu da həmin gəlirlərin vergidən azad edilməsinin Vergi Məcəlləsi ilə tənzimlənsinə imkan verəcək. Heç bir halda bu gəlirlər vergiyə cəlb edilməyəcək”.

Qeyd edək ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR