19 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024

Bizə yaz

“Qalatasaray”la matçı yarımçıq tərk edən “Fənər”in cəzası məlum oldu

“Qalatasaray”la Türkiyə Superkuboku oyununda meydanı yarımçıq tərk edən “Fənərbağça” komandasının cəzası bəlli olub.

Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin Peşəkar Futbol İntizam Şurası qərarını elan edib.

Qərara əsasən, “Fənərbaxça”ya 0:3 hesablı texniki məğlubiyyət verilib və 4 milyon TL cərimə tətbiq olunub. “Qalatasaray” isə qalib elan edilib.

Bundan əlavə, “Fənərbağça” oyunçunlarını meydandan çıxaran Əhməd Kətənci isə 60 günlük həbs və 520 min lirə pul cəzası alıb.

Qeyd edək ki, “Fənərbağça”nın 19 yaşadək futbolçulardan ibarət komandası Türkiyə Superkubokunun finalında “Qalatasaray”la matçın ilk dəqiqələrində qol buraxdıqdan sonra meydanı tərk edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR