Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
sosial

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

13-08-2025 18:00 24 Views
IMG

Bu yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 789 milyon 356 min 900 manat təşkil edib.

 

Bu barədə Tvit.az-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

 

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 % çoxdur.

 

Ticarət şəbəkəsində 405 milyon 729 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 383 milyon 627 min 500 manatlıq qeyri-qida məhsulları satılıb.