Rusiya Telegramı 3,5 milyon rubl məbləğində cərimə edib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
"Moskva şəhərinin Taqanskiy rayon məhkəməsinin qərarı ilə "Telegram Messenger Inc." Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilinərək, 3,5 milyon rubl məbləğində inzibati cərimə tətbiq edilib", - deyə məhkəmədən bildirilib.