Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Lerikdə “Xaşxaş-2025” əməliyyatı
turizm

Lerikdə “Xaşxaş-2025” əməliyyatı

29-07-2025 15:00 45 Views
IMG

Lerikdə 21200 ədəd xaşxaş kolu məhv edilib.

"Tvit.az" xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mistan kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 5300 kiloqram olan 21200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.