Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Novxanıda ağır qəza: Ölən və yaralanan var
turizm

Novxanıda ağır qəza: Ölən və yaralanan var

29-07-2025 12:00 41 Views
IMG

Novxanı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Tvit.az" xəbər verir ki, qəza ötən gecə Sahil küçəsində qeydə alınıb. 

İlqar Quliyevin idarə etdiyi “Lexus” markalı 90-SS-344 nömrə nişanlı avtomobil ilə Əlfəddin Əbdülhəsənovun idarə etdiyi “KİA” markalı 99-UJ-848 nömrəli maşın toqquşub.

Nəticədə Ə.Əbdülhəsənov və sərnişini 33 yaşlı Günel Hüseynova xəstəxanaya yerləşdiriliblər. G.Hüseynova orada vəfat edib.