Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi
siyasət

Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi

21-07-2025 19:00 43 Views
IMG

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olub.

 

Tvit.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında yazıb.

 

“Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olduq. Ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri və qtisadi əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük”, - nazir qeyd edib.