Qazaxıstan ABŞ prezidenti Donald Trampın elan etdiyi 25 faizlik rüsumlara cavab verəcəyini vəd edib.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.
Amerika lideri Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevə respublikadan gələn mallara 25 faizlik rüsumun tətbiqi barədə məlumat verdikdən sonra departament rəsmi cavab verəcəyini vəd edib.
Elmin Alışov