Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycanlı güləşçi Avropa çempionu oldu
sport

Azərbaycanlı güləşçi Avropa çempionu oldu

02-07-2025 23:00 33 Views
IMG

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

 

Azərbaycan Güləş Federasiyasından Tvit.az-a verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.

 

Ayxan Cavadov (60 kq) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.

 

Fəraim Mustafayev (67 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

 

Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

 

Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.