Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Husilər: ABŞ İrana hücum etsə, Qırmızı dənizdəki gəmilərini hədəfə alacağıq
dünya

Husilər: ABŞ İrana hücum etsə, Qırmızı dənizdəki gəmilərini hədəfə alacağıq

21-06-2025 22:00 19 Views
IMG

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın İrana hücum edəcəyi təqdirdə Qırmızı dənizdəki ABŞ hərbi gəmilərinə hücum edəcəkləri ilə hədələyiblər.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Husilərin hərbi sözçüsü Yəhya Seri deyib.


“ABŞ-ın İrana qarşı hər hansı hücumu İsrailin bölgədə nəzarəti bərqərar etmək məqsədinə xidmət edir və bu qəbuledilməzdir. Çünki bu, İslam ümmətinin müstəqilliyini və ləyaqətini əlindən almaq, onları əsarət altına almaq, alçaltmaq, vətənlərini işğal etmək və sərvətlərini talamaq deməkdir”,- deyə sözçü bildirib.


Elmin Alışov