Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İnstagram-a yeni funksiya gəlir
dünya

İnstagram-a yeni funksiya gəlir

17-06-2025 23:00 19 Views
IMG

"İnstagram"-a gələn yeni funksiya ilə paylaşımları yenidən bölüşmək mümkün olacaq. 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Instagram platforması illərdir gözlənilən “yenidən paylaşım” funksiyasını istifadəyə verməyə hazırlaşır. Yeni funksiya sayəsində istifadəçilər həm öz yazılarını, həm də başqalarına məxsus paylaşımları birbaşa yenidən paylaşa biləcəklər.

Bu xüsusiyyət əslində Instagram tərəfindən ilk dəfə 2022-ci ildə sınaqdan keçirilmişdi, lakin o zaman rəsmi şəkildə istifadəyə təqdim olunmamışdı. İndi isə şirkət uzun müddətdir üzərində işlədiyi bu funksiyanı nəhayət ictimaiyyətə təqdim etməyə hazırlaşır.

“Yenidən paylaş” düyməsi paylaşımın altındakı standart ikonların – bəyən, şərh et və göndər – yanında yer alacaq. Yeni imkan, Instagram-ın istifadəçi təcrübəsini Twitter (X) və Facebook-da olduğu kimi daha interaktiv hala gətirməsi baxımından əhəmiyyətli yenilik hesab olunur.

Aysel Şirinova