Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Sautqeyt Polşa millisinin baş məşqçisi ola bilər
sport

Sautqeyt Polşa millisinin baş məşqçisi ola bilər

17-06-2025 14:00 31 Views
IMG

İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt Polşa yığmasına rəhbərlik edə bilər.

"Tvit.az" xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin namizədliyi Polşa Futbol Assosiasiyasına təklif olunub. Çalışdırıcı özü də millidə işləməyə müsbət yanaşır.

Bir neçə gün öncə Mixal Probyej Polşa millisinin baş məşqçisi postunu tərk edib.

Qeyd edək ki, Qaret Sautqeyt 2016-cı ilin sentyabrından 2024-cü ilin iyul ayına qədər İngiltərə seçməsinə başçılıq edib.