Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Hidayət Heydərov: Mən burdayam və qələbə yenə gələcək
sport

Hidayət Heydərov: Mən burdayam və qələbə yenə gələcək

16-06-2025 20:00 29 Views
IMG

Tatamiyə 11 aydan sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır.

 

Tvit.az xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov instaqram sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

"Məqsədim aydındır: yenə zirvəyə qalxmaq. Uduzmaq da bu yolun bir hissəsidir. Amma unutmayın: mən burdayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”, - Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi qeyd edib.

 

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov 1/16 final mərhələsində Portuqaliyanı təmsil edən gürcüstanlı Otari Kvantidzeyə uduzub.