Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Cüdoçumuz dünya çempionatının yarımfinalında
sport

Cüdoçumuz dünya çempionatının yarımfinalında

16-06-2025 17:00 28 Views
IMG

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında yarımfinala vəsiqə qazanıb.

"Tvit.az" xəbər verir ki, 1/16 finalda çinli Tsyanqnan Vanı məğlub edən Tçkayev 1/8 finalda braziliyalı Luan Almeydadan üstün olub.

Azərbaycan cüdoçusu 1/4 finalda yaponiyalı Yoonvan Lini üstələyib. Z.Tçkayev yarımfinalda Arslonbek Tojiyev (Özbəkistan) - Timur Arbuzov (İJF) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.