Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “ Qarabağ"ın ilk yoxlama oyunundakı rəqibi bəlli oldu
sport

“ Qarabağ"ın ilk yoxlama oyunundakı rəqibi bəlli oldu

12-06-2025 20:00 47 Views
IMG

"Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.

 

Klubdan Tvit.az-a verilən məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq.

 

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azersun Arena"da baş tutacaq.

 

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək "köhlən atlar" hazırlığını Avstriyada davam etdirəcək.