Qvadelupun Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb.
Tvit.az bəyanatın mətnini təqdim edir:
"Fransa polisinin UPLG və onun Baş katibinə qarşı təhdid və qorxutma cəhdlərinə YOX!
Qvadelupun Azadlığı naminə Xalq Birliyi (UPLG), 23 oktyabr 2024-cü ildə BMT-nin Cenevrə qərargahında keçirilən missiyadan qayıdarkən, Baş katibi Jan-Jakob BICEP-in Parisin Şarl de Qol hava limanında həbs edilməsi və sərhəddə saxlanılması ilə bağlı narazılığını ifadə edir. Sözügedən tədbirdə Fransa nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulma halları müzakirə edilmişdir.
Bundan əvvəl, Baş katib ABŞ-də BMT qərargahına səfər etməyi planlaşdırarkən, Martinikdən keçdikdən sonra ABŞ ərazisinə girişinə qadağa qoyulduğuna görə səyahətini davam etdirə bilməmişdi.
UPLG insan hüquqlarına zidd olan bu təcrübələri pisləyir və beynəlxalq ictimaiyyəti ölkəsində baş verənlərdən xəbərdar etməyə davam edəcəyini bəyan edir. Həmçinin, təşkilat özünün öz müqəddəratını təyinetmə və milli müstəqillik hüququnun tanınmasını tələb edir.
Köləlik əsarətinə qarşı mübarizə aparmış Delqres, Palerm, Massoto, Kuduks, Mart-Ros, Solitüd və digər qəhrəmanlarımız kimi, biz də tam azadlığa nail olana qədər mübarizəmizi davam etdirəcəyik.
UPLG Qvadelup xalqını və bütün vətənpərvər və müstəmləkəçiliyə qarşı mübarizə aparan qüvvələri, tam suverenlik və müstəqillik hüquqlarını müdafiə edənlərin səsini boğmağa yönələn bu cür hərəkətləri qınamağa çağırır.
Azad və müstəqil Qvadelupa eşq olsun! Biz qalib gələcəyik!"