Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görü keçirilib
sosial

Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görü keçirilib

08-05-2025 20:00 15 Views
IMG

Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin davamı olaraq, qardaş ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti ölkəmizə səfər edib.

"Tvit.az" xəbər verir ki, səfər çərçivəsində Türkiyə HDQ nümayəndələri Azərbaycan HDQ-nin strukturuna daxil olan müxtəlif hərbi hissələri, gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər. Bu ziyarət zamanı qonaqlara Azərbaycan HDQ-nin fəaliyyəti, döyüş hazırlığı və kadrların peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı hər iki tərəf arasında səmərəli fikir mübadiləsi aparılaraq hərbi dənizçilik sahəsində əldə olunmuş təcrübələrin qarşılıqlı şəkildə paylaşılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində razılıq əldə olunub.

Bu cür görüşlər iki dost və qardaş ölkənin HDQ arasında əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı anlaşma və etimadın dərinləşməsinə xidmət edir.