Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan İtaliya ilə əməkdaşlığa dair sənəd imzaladı
sosial

Azərbaycan İtaliya ilə əməkdaşlığa dair sənəd imzaladı

22-10-2026 11:00 18 Views
IMG

Azərbaycan və İtaliya kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzalayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında məlumat verib.

 

Sənəd azərbaycanlı nazirin İtaliyaya işgüzar səfəri çərçivəsində onunla İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani, şirkətlər və "Made in Italy" naziri Adolfo Urso arasında imzalanıb.

 

"Sənəd ölkələrimiz arasında sənaye tərəfdaşlığının genişləndirilməsinə, Azərbaycanın resurs potensialı ilə İtaliyanın texnoloji təcrübəsinin birləşdirilməsinə yönəlib. Bu əməkdaşlıq emal imkanlarının inkişafı və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə təşəbbüslərə yeni imkanlar açır", - M.Cabbarov vurğulayıb.