ABŞ İranın nüvə zənginləşdirmə imkanlarını məhv edib.
Tvit.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Cənubi Karolinada çıxışı zamanı deyib.
“İran heç vaxt nüvə silahına sahib olmayacaq”, – deyən Tramp bu məsələnin illər əvvəl həll edilməli olduğunu və problemin tezliklə tamamilə aradan qaldırılacağını bildirib. O, ABŞ-nin istənilən vaxt geri çəkilə biləcəyini, ancaq əsas məqsədin mövcud vəziyyətin davamlılığını təmin etmək olduğunu qeyd edib.
Elmin Alışov