Mahaçqalada atışma baş verib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Dağıstanın rəhbəri Sergey Melikov hadisənin baş vermə şəraiti araşdırıldığını qeyd edib.
"İlkin məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları maşını saxlamağa çalışsalar da, sürücü buna əməl etməyib və onlara atəş açıb. Ölənlər var. Hazırda hüquq-mühafizə orqanları işləyir", - o bildirib.
Hüquq-mühafizə orqanlarının və fövqəladə hallar xidmətlərinin əməliyyat-axtarış tədbirlərini həyata keçirdiyi vurğulanıb.
Aysel Şirinova