Mahaçqalada atışma baş verib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Dağıstanın rəhbəri Sergey Melikov hadisənin araşdırıldığını qeyd edib.
"İlkin məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları maşını saxlamağa çalışsalar da, sürücü buna əməl etməyib və onlara atəş açıb. Ölənlər var. Hazırda hüquq-mühafizə orqanları işləyir", - o bildirib.
Bundan əlavə, hücum edənlərin xidməti avtomobillə qaçdığı və üç polis əməkdaşını yaraladığı deyilib.
Hüquq-mühafizə orqanlarının və fövqəladə hallar xidmətlərinin əməliyyat-axtarış tədbirlərini həyata keçirdiyi vurğulanıb.
Aysel Şirinova