Rusiya Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verir və onun sülhün möhkəmləndirilməsi kursunun davam etdiriləcəyinə ümid edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir .
“Onun pontifikası dövründə Rusiya və Müqəddəs Taxt-Tac ənənəvi mənəvi-əxlaqi dəyərlərin qorunması və bütün ölkələrin və xalqların ahəngdar və bərabərhüquqlu birgəyaşayışını təmin edən ədalətli dünya nizamının qurulması üçün birgə səyləri artıraraq ardıcıl olaraq konstruktiv dialoq inkişaf etdirib”, - bəyanatda deyilir.