Rusiya XİN Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verir və onun sülhün möhkəmləndirilməsi kursunun davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.
“Onun pontifikası dövründə Rusiya və Müqəddəs Taxt-Tac ənənəvi mənəvi-əxlaqi dəyərlərin qorunması və bütün ölkələrin və xalqların ahəngdar və bərabərhüquqlu birgəyaşayışını təmin edən ədalətli dünya nizamının qurulması üçün birgə səyləri artıraraq ardıcıl olaraq konstruktiv dialoq inkişaf etdirib”, - bəyanatda deyilib.
Aysel