BRELL sistemindən çıxan Polşa və Baltikyanı ölkələr enerji böhranı ilə üz-üzədir.
Tvit.az xəbər verir ki, bu barədə Polşanın NDP nəşri məlumat yayıb.
Qeyd olunur ki, Latviya , Litva və Estoniya BRELL rinqini tərk etdikdən sonra Baltikyanı ölkələr Avropa şəbəkələrinə qoşulub. Polşa da öz növbəsində Rusiya qazından imtina edərək alternativ olaraq ABŞ və Avstraliyadan xammal almağa başladı.
2023-cü ildə bu məqsədlərə 138 milyard zloti (təxminən üç trilyon rubl) xərclənib.
Nəticədə elektrik və istilik enerjisinin qiymətləri xeyli artıb. Xüsusilə, polşalı ailələr üçün elektrik enerjisi ödənişləri 2021-ci ilə nisbətən 67 faiz artıb.
Aysel Şirinova