Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Polşa ölkənin enerji böhranı ilə üzləşdiyini elan etdi
dünya

Polşa ölkənin enerji böhranı ilə üzləşdiyini elan etdi

21-04-2025 22:00 18 Baxış
IMG

BRELL sistemindən çıxan Polşa və Baltikyanı ölkələr enerji böhranı ilə üz-üzədir.

Tvit.az xəbər verir ki, bu barədə Polşanın NDP nəşri məlumat yayıb.

Qeyd olunur ki, Latviya , Litva və Estoniya BRELL rinqini tərk etdikdən sonra Baltikyanı ölkələr Avropa şəbəkələrinə qoşulub. Polşa da öz növbəsində Rusiya qazından imtina edərək alternativ olaraq ABŞ və Avstraliyadan xammal almağa başladı.

 2023-cü ildə bu məqsədlərə 138 milyard zloti (təxminən üç trilyon rubl) xərclənib.

Nəticədə elektrik və istilik enerjisinin qiymətləri xeyli artıb. Xüsusilə, polşalı ailələr üçün elektrik enerjisi ödənişləri 2021-ci ilə nisbətən 67 faiz artıb.

Aysel Şirinova