Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025” mayın 13-15-i tarixlərində Bakıda keçiriləcək.
Tvit.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.
Onun sözlərinə görə, Aviasiya Enerji Forumu Qafqazda ilk dəfə keçiriləcək.
Məlumata əsasən, forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər “Xalis Sıfır” emissiya (“Net Zero Emissions”) hədəfinə nail olunması istiqamətində fikir mübadiləsi aparılacaq.
S. Rzayev qeyd edib ki, AZAL-ın dəstəyi ilə baş tutacaq bu mötəbər forumda 50-dən çox ölkənin nümayəndəsi, 60-dan çox aviaşirkət və 550-dən artıq qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək:
“Azərbaycan və AZAL olaraq Aviasiya Enerji Forumuna ev sahibliyi etməklə qlobal aviasiya gündəminə töhfə verməkdən, beynəlxalq tərəfdaşlıqları genişləndirməkdən və ölkəmizin regionun aviasiya mərkəzi kimi mövqeyini gücləndirməkdən qürur duyuruq”.