Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda müəllimləri təhqir edən direktor İŞDƏN ÇIXARILDI
sosial

Bakıda müəllimləri təhqir edən direktor İŞDƏN ÇIXARILDI

01-04-2025 15:00 65 Views
IMG

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.


Bildirilib ki, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

 

"Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - deyə məlumatda qeyd olunub.