Çin suverenlik mübahisəsinə qarışdığı Tayvanı əhatə edən geniş hərbi təlimlərə başladığını bildirib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin ordusunun Şərq Cəbhəsi Komandanlığının sözçüsü polkovnik Xi Yi deyib.
Sözçü bildirib ki, Tayvanı əhatə edən təlimlər dəniz-hava döyüş hazırlığı patrulları, hərtərəfli üstünlük əldə etmək, dəniz və quru hədəflərinə hücum, əsas ərazilərin və dəniz zolaqlarının blokadaya alınması mövzularına diqqət yetirəcək.
Elmin Alışov