Amerika İranın nüvə proqramını tamamilə ləğv etmək niyyətindədir.
Tvit.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts CBS News-a müsahibəsində deyib.
“İran bütün dünyanın aydın görəcəyi bir şəkildə nüvə proqramını tərk etməlidir. İranın nüvə silahı əldə etmək istəyindən tamamilə əl çəkməsinin vaxtı çatıb, çünki onun nüvə silahı proqramı olmamalıdır və ola da bilməz”, - deyə, Ağ Evin müşaviri vurğulayıb.
Elmin Alışov