Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Qazaxıstan taxılının Azərbaycana dəmir yolu ilə tədarükü 95 dəfə artıb
iqtisadiyyat

Qazaxıstan taxılının Azərbaycana dəmir yolu ilə tədarükü 95 dəfə artıb

18-03-2025 16:00 53 Views
IMG

Qazaxıstan taxılının Azərbaycana dəmir yolu ilə tədarükü ötən ilin sentyabrından bu il martın 10-dək olan dövrdə təxminən 95 dəfə artıb.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yolu (KTJ) şirkəti məlumat yayıb.

 

KTJ-nin məlumatına görə, göstərilən dövrdə dəmir yolu ilə 7,7 milyon ton taxıl daşınıb ki, bunun da 1,6 milyon tonu ölkə daxilinə, 6,1 milyon tonu isə ixraca göndərilib. İxrac həcminin artımı 52,8 % təşkil edib.

 

Eyni zamanda, Özbəkistana 2,3 milyon ton (+ 32 %), Tacikistana 899 min ton (+50 %), Əfqanıstana 256 min ton (+ 37,6 %) ixrac edilib, Qırğızıstana tədarük isə 1,7 dəfə artaraq 76 min tondan 233 min tona çatıb.

 

Azərbaycana tədarük 94,7 dəfə artaraq 379 min tona, İrana isə 17,5 dəfə artaraq 718 min tona çatıb.