Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial ABŞ-da Azərbaycan dilində yeni kanal açıldı
sosial

ABŞ-da Azərbaycan dilində yeni kanal açıldı

12-03-2025 13:00 17 Views
IMG

ABŞ-da yaşayan azərbaycanlılar üçün Mira TV kanalı açılıb. Bu təşəbbüs yeni gələn azərbaycanlıların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq məqsədi daşıyır.

 

Bu sözləri Tvit.az-a Mira TV-nin təsisçisi Tofiq Ağayev deyib.


“Burada yaşayan azərbaycanlılar xəbərləri sosial şəbəkədən izləyirlər. Çoxu ingilis dilində hələ yaxşı bilmədikləri üçün informasiya qıtlığı yaşayır. İctimai-siyasi, mədəni həyatdan tam xəbərləri olmur. Azərbaycan dilində verilişlərin olmasına ehtiyacları var. Bu məqsədlə ABŞ-da Azərbaycan dilində kanal açdıq”, - o bildirib.

 

O xatırladıb ki, azərbaycanlıların verilişə canlı qatılmaq və suallarına cavab almaq imkanları da yaradılıb.