Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Dumanlı hava: görünüş məsafəsi 700 metrədək məhdudlaşır
sosial

Dumanlı hava: görünüş məsafəsi 700 metrədək məhdudlaşır

12-03-2025 10:00 18 Views
IMG

Martın 12-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

 

Bu barədə Tvit.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Hacıqabul, Biləsuvar, Lənkəran, Şabran, Quba, Şəki, Astara və Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 200-700 metrədək məhdudlaşır.

 

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.